Gələn ay 170 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay 170 dövlət əmlakı hərraca çıxarılacaq

17:41 - 24 / 09 / 2018
Gələn ay 170 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kv.m olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 86,6 kv.m olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.

Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.

Bütün kateqoriyalar üzrə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat komitənin rəsmi saytı (www.emdk.gov.az) və Özəlləşdirmə portalında (www.privatization.az)  yerləşdirilir. İştirak etmək istəyən hər kəs seçdiyi dövlət əmlakının ilkin hərrac  qiymətinin 10%-i miqdarında beh ödəyərək sifarişçiyə çevrilə bilər. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər prosesdə canlı və onlayn formada iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

Paylaş:
518

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər