Rusiya prezidenti sabah Bakıya gələcək | 1news.az | Xəbərlər
Siyasət

Rusiya prezidenti sabah Bakıya gələcək

16:35 - 26 / 09 / 2018
Rusiya prezidenti sabah Bakıya gələcək

Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü səhər Bakıya gələcək, daha sonra isə Düşənbəyə gedəcək.

“Sabah axşam saatlarında Putin Düşənbədə qeyri-formal naharda iştirak edəcək. Buna qədər isə Rusiya prezidenti səhər erkən saatlarda Bakıya gedəcək. Burada o, Rusiya-Azərbaycan regional forumundan iştirak edəcək.

V.Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək, onlar qarşısında çıxış edəcək. Bundan əvvəl prezidentlər Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarını izləyəcək”, - bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

S.Xankişiyeva

 

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər