Polis mənşəyi məlum olmayan xeyli miqdarda ət aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis mənşəyi məlum olmayan xeyli miqdarda ət aşkarladı

11:35 - 27 / 09 / 2018
Polis mənşəyi məlum olmayan xeyli miqdarda ət aşkarladı

Azərbaycanda mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sentyabrın 26-da saat 8 radələrində yol polisinin Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.

Elə həmin gün saat 11 radələrində yol polisinin 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.

Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

S.Xankişiyeva

 

 

Paylaş:
382

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər