Xoşqədəm həmkarına söz atdı: “Biz verilişdə ev, maşın vermirik” – VİDEO

Əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan “Bizimləsən” verilişində insanlardan kömək istəməsi və yığılan məbləğlə evinin ipotekasını ödəməsi müzakirələrə səbəb olub.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının “Xəzər” TV-də aparıcısı olduğu “Səni axtarıram” verilişində ad çəkməyərək etdiyi açıqlamaların rəqib veriliş ilə bağlı olduğu deyilir.
Belə ki, X.Hidayətqızı “Biz verilişdə ev, maşın vermirik. Bunlar üçün başqa ünvanlara üz tuta bilərsiniz. Ümid edirəm ki, gözü tərəzi olan xalqım həqiqətən xəstə olan insanlara yardım edəcək” sözlərini deyib.
Əməkdar jurnalist eyni zamanda da edilən maddi köməklərin miqdarının efirdə açıqlanmasının düzgün olmadığını bildirib:
“İnsanın etdiyi maddi yardımın miqdarını özü istəmədən açıqlamaq düzgün deyil. Mən bunu qeyri-etik hərəkət sayıram”.
Baş onkoloq: “Toppuş bacı” sağalıb, niyə xərçənglə özünü reklam edir?
“Toppuş bacı” yalandan xəbər yayanlara cavab verdi – VİDEO
“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın
Xərçəng xəstəliyilə mübarizə aparan “Toppuş bacı”nın yeni FOTOSU
S.Xankişiyeva