Naz Mila xərçəng xəstəsi olan “Toppuş bacı”nı ələ saldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naz Mila xərçəng xəstəsi olan “Toppuş bacı”nı ələ saldı - FOTO

14:52 - 01 / 10 / 2018
Naz Mila xərçəng xəstəsi olan “Toppuş bacı”nı ələ saldı - FOTO

Türkiyənin "Star" telekanlında yayımlanan "Zühal Topalla izdivac" verilişi ilə məşhurlaşan azərbaycanlı model Naz Mila yenidən qınaq obyektinə tuş gəlib.

1news.az-ın GoldNews.az-a istinadən verdiyi xəbərə görə, model xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa, aparıcı Tünzalə Əliyevanı ələ salıb. Belə ki, son zamanlar aktrisanın xəstəliyi ilə bağlı yayımlanan qalmaqallı xəbərlərə Nazın münasibəti xoşagələn olmayıb. 

"O gün mən pis olmuşdum ki, "Toppuş bacı" xəstədi. Bəs mənə niyə demirsiniz ki, özünə maşın, ev almaq üçün elə edir. Mənə də yardım edin, neçə vaxtdır yaxta almaq istəyirəm. Qrip olmuşam, yardım kampaniyası edin. İmkanım yoxdu gəmi almağa".

Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin aktrisanı xərçənglə özünü reklam etməsi ilə bağlı dediyi sözlər ölkədə böyük  səs-küyə səbəb olub.

"Hamımızın "Toppuş bacı" kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxurlar" — deyə baş onkoloq əməkdar artisti tənqid edib.

Daha sonra isə Tünzalə Əliyevanın bahalı avtomobili və mənzili ilə bağlı yayılan xəbərlər insanlar arasında çaşqınlığa səbəb oldu. Çoxları aktrisanı efirə çıxaraq yalandan insanlardan pul yığmaqda ittiham etdi. Yayılan xəbərlərə açıqlama verən aktrisa evinin ipotekada olduğunu, maşınının isə məhkəmə ilə bağlı problemləri olduğundan sata bilmədiyini söyləyib.

1news.az

Paylaş:
12460

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər