Nazirlik: Qəzada xəsarət alanların sayı 27 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Qəzada xəsarət alanların sayı 27 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

16:10 - 01 / 10 / 2018
Nazirlik: Qəzada xəsarət alanların sayı 27 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.

15:42

Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

15:17

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. Yaralılardan biri orada dünyasını dəyişib.

Fotolar və video Unikal.org-undur.

1news.az

Paylaş:
2385

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər