İlk dəfə – 1 kitabın qiymətinə 15 kitab | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dəfə – 1 kitabın qiymətinə 15 kitab

10:00 - 02 / 10 / 2018
İlk dəfə – 1 kitabın qiymətinə 15 kitab

Artıq 2 həftədir ki, 15 ən məşhur kitabın qısa məzmununu özündə birləşdirən “Daha ağıllı ol!” kitabı satışdadır və oxucular tərəfindən böyük maraqla qarşılanır.

Təsadüfi deyil ki, 10 gün ərzində satışa çıxmasına baxmayaraq 300-ə yaxın kitab satılıb və oxuculara çatdırılıb. Onu da qeyd etmək lazımdır ki, “Daha ağıllı ol!” kitabını oxucular həmçinin şəhərin iri kitab evlərindən də əldə edə bilərlər.

Bəs, bu kitaba olan böyük maraq nə ilə bağlıdır?

Ən əsas səbəblərdən biri ondan ibarətdir ki, bu kitaba daxil olan kitabların hamısı dünyaca məşhur və oxunması vacib olan kitablardır. Məsələn, son dövrlərdə populyarlıq alan Scrum menecment sisteminə həsr olunan “Skrum - İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti” orta və top menecerlər üçün oxunması mütləq olan kitablardan biridir. Oxucular isə “Daha ağıllı ol!” kitabında bu möhtəşəm kitabın qısa məzmunu ilə tanış ola bilərlər.

Mündəricat => http://readit.az/agilli_ol_content.pdf

Bundan başqa “Daha ağıllı ol!” kitabına daxil olan kitabların əksəriyyəti bu günə qədər ana dilimizə tərcümə edilməyib. Məsələn, kitabın ilk qısa məzmunu “Rework. Stereotipləri sındıran biznes” kitabı bizə məlum olan bütün stereotipləri dağıdır. Müəlliflər kitabda şirkət yaradılmasında öz şəxsi təcrübələri ilə paylaşır, həqiqətən də dəyərli və tanınan bir şey yaratmaq üçün milyonlarla pul və yüzlərlə əməkdaşın olmasının vacib olmadığını bildirirlər. Dünyaca məşhur olan bu kitab bu günə qədər Azərbaycan dilinə tərcümə edilməyib.

Ən əsası oxucular “Daha ağılı ol!” kitabını almaqla 1 kitabın qiymətinə 15 kitabı oxumaq şansı əldə edəcək. Həmçinin kitaba toplanmış mövzular bir çox kateqoriyaları əhatə edir. Menecment, marketinq, satış, strategiya və psixologiya kateqoriyalarına bölünmüş kitab istənilən sahədən olan şəxslərin – istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə də kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb.

Qeyd edək ki, bu kitab www.readit.az online kitabxanasının çap şəklində olan ilk layihəsidir.

Şəxsi və peşəkar inkişafa önəm verən insanlar üçün nəzərdə tutulmuş “Daha ağıllı ol!” kitabını şəhərin iri kitab evlərindən və ya saytdan online sifariş verə bilərsiniz.

Sifariş üçün = > www.readit.az/book

Reklam hüququnda

 

Paylaş:
588

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər