Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti (Pekin) ilə memorandum imzaladı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti (Pekin) ilə memorandum imzaladı – FOTO

11:12 - 01 / 10 / 2018
Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti (Pekin) ilə memorandum imzaladı – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti  Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, imzalanma mərasimində ki ali təhsil müəssisəsinin əməkdaşlığı təhsil, elmi-tədqiqat və digər sahələri əhatə edəcək.

BANM-ın rektoru Elmar Qasımov Çin Neft Universiteti (Pekin) ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bildirib ki, hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqları, həmçinin təhsil üzrə fəaliyyətləri bir-birinə uyğundur.

Görüşdə Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin qeyd edib ki, iki universitetin elmi-tədqiqat və tədris fəaliyyəti üzrə əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq, həmçinin, bağlanmış müqavilə gələcək əməkdaşlıq və birgə inkişafda çox böyük rola malik olacaq.  

Tərəflər arasında imzalanmış Razılaşmaya əsasən BANM və Çin Neft Universiteti (Pekin) tədris və tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün tələbələrin bakalavr və magistr səviyyəsində mübadiləsini, həmçinin, elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirəcək.

Görüşdə həmçinin ümumi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə mütəxəssis və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, hər iki ali təhsil müəssisəsi tərəfindən təşkil olunan elmi iclaslarda və konfranslarda iştirak, elmi məqalələrin mübadiləsi, monoqrafiyaların, dərsliklərin, tədris materiallarının və elmi məqalələrin birgə hazırlanması məsələlərində razılığa gəlinib.

S.Xankişiyeva

 

 

Paylaş:
531

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər