Taksidə siqaret çəkənlər cərimələnəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksidə siqaret çəkənlər cərimələnəcəklər

11:34 - 01 / 10 / 2018
Taksidə siqaret çəkənlər cərimələnəcəklər

Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.

S.Xankişiyeva

 

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər