Londonun Michelin ulduzlu restoranından Hilton Bakuya – FOTO

Hilton Baku Azərbaycanda olduğu 7 il ərzində öz xidmət səviyyəsi, tərzi, iştirakçısı olduğu beynəlxalq layihələr və sosial yönümlü tədbirləri ilə daim diqqət mərkəzində olub.
Hilton otelləri 50-dən çox ölkə və 500-dən çox şəhərdə yerləşərək öz yenilikçi tərzini önə çıxarıb və qonaqlarına yüksək xidmət təqdim etməsi ilə müştərilər tərəfindən ildən-ilə tələb görməyə davam edir.
Yeni mövsümdə Hilton Bakunun yerli sakinlər və xarici qonaqları sevindirəcək özəl layihələri var. Bunlardan ən əsası qurmeləri sevindirəcək xəbərdir. Artıq oktyabr ayından Cilantro, Sky GRILL və 360 Bar restoranları yenilənmiş menyusu ilə qonaqlarını gözləyir. Uzun illər Londonda Marco Pierre White, Gordon Ramsey kimi dünyada məşhur və çoxsaylı Michelin ulduzlara sahib aşbazlar ilə birgə işləmis Sedat Chef artıq Bakıdadır və qonaqlara Avropa mətbəxinin ən nadir və ləzzətli təamlarını daddıracaq.
Sedat Chef Osmanlı saray aşpazı olan babanın nəvəsidir və ailə başçıları 3 nəsildən çox aşpazlıqla məşquldur. Bu hal Sedata başqa peşə seçməyə imkan verməyib və uşaqlıqdan sevdiyi ailə ənənəsini davam etdirir. Sedat Chef ailə təcrübəsi və uzun illər işlədiyi fransız restoranları ilə kifayətlənməyib Le Cordon Bleu-da bir il təhsil alıb və fəaliyyət sahəsini genişləndirib.
Sky GRILL restoranına yeni üslub və yeni baxış gətirəcək Sedat Chef yeni mövsümdən hər kəsi məkanda gözləyir. Bakının ən gözəl mənzərəsi və yaddaqalan ləzzətli axşam yeməyi üçün Sky GRILLi ziyarət etmək yeni mövsümün must do siyahısındadır. Masalarını reserv etməyə indidən başlamaq tövsiyyə olunur.
Ünvan: 1B Azadlıq prospekti, Baku 1000,
Telefon : (+994 12) 464 50 00
https://www.instagram.com/hiltonbaku/?hl=ru
https://www3.hilton.com/en/hotels/azerbaijan/hilton-baku-GYDHBHI/index.html
Reklam hüququnda