Handicraft Baku yerli əl işi ustalarının sərgisini təşkil edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Handicraft Baku yerli əl işi ustalarının sərgisini təşkil edir – FOTO

16:40 - 04 / 10 / 2018
Handicraft Baku yerli əl işi ustalarının sərgisini təşkil edir – FOTO

“Hello, Autumn!” darıxdırıcı payız gəldi.

Ancaq qəmgin olmağa dəyməz. Çünki oktyabrın 6-ı Passage 1901 kreativ məkanında (Nigar Rəfibəyli 12/14) xüsusi əl işi ilə seçilən istedadlar saat 10:00-dan 20:00-a qədər  hər kəsi sevindirməyə hazır olacaqlar.

Handicraft Baku (https://www.instagram.com/handicraft_baku/) komandası 30-dan çox yerli əl işi ustalarını dəvət edərək onların yaradıcılıqlarının bir hissəsini göstərməklə unudulmaz təəsüratlar və gözəl əhval-ruhiyyə bəxş edəcəklər.

Vahid məkanda müsbət əhval-ruhiyyə üçün lazım olan inqredientləri tapmaq mümkün olacaq. Hər kəs dadlı təamlardan tutmuş müasir dəbə uyğun və ürəyəyatan hədiyyələrlə sevinəcək.

Burada müxtəlif cəlbedici aksesuarları sınaya, maraqlı açıqcalar və stikerlər seçə, uşaları sevindirə, kitabları vərəqləyə, ən dadlı desertləri dada və bodi artdan zövq ala bilərsiniz.         

Gözəl Bakımızın istedadlarını tanıyaq və dəstək olaq!

Reklam hüququnda

 

Paylaş:
597

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər