Hollivud ulduzu üçüncü dəfə ana oldu - FOTO

Məşhur amerikalı aktrisa Keyt Hadson üçüncü dəfə ana olub.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, onun qızı dünyaya gəlib. O, qızını Roni Rouz adlandırıb. Uşğının atası 32 yaşlı keçmiş gitaraçı Denni Fucikavdır.
39 yaşlı Hollivud ulduzunun iki oğlan övladı da var.
Aktrisanın üçüncü hamiləliyi barədə ilk dəfə bu ilin aprel ayında məlumat verilib.
O, uşağının atası ilə uzun illər dostluq edib, 15 il sonra isə aralarında sevgi münasibətləri yaranıb.
1news.az
473