60 yaşlı kişi özünü Bakı-Tbilisi qatarının altına atdı – SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

60 yaşlı kişi özünü Bakı-Tbilisi qatarının altına atdı – SƏBƏB

12:21 - 04 / 10 / 2018
60 yaşlı kişi özünü Bakı-Tbilisi qatarının altına atdı – SƏBƏB

Gəncədə intihar hadisəsi baş verib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, ötən gecə saat 3 radələrində 60 yaşlarında olan şəhər sakini Bağırov Abbas Novruz oğlu özünü Bakı-Tbilisi sərnişin qatarının altına ataraq intihar edib.

Onun cibindən çıxan kağızda xəstəlikdən əziyyət çəkdiyi, bu xəstəlikdən bezdiyi səbəbindən yaşamaq istəmədiyi qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
1339

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər