Bakının iki prospektində sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, burada məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almalarını tövsiyə edirik”- deyə, M.Ağayev qeyd edib.
1news.az
410