Növbətçi: Avtobusun yüksək sürətlə gəldiyini gördüm, əlimlə işarə edərək “girmə” dedim – VİDEO

Oktyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza zamanı həmin gün növbədə olan keçid növbətçisi Qabil Rzayev danışıb.
1news.az-ın verdiyi xəbərə görə, o, Real TV-yə açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb:
"Dejurnı" zəng edib dedi qatar gəlir. Mən də çıxıb şlaqbaumu bağladım və bayrağı əlimdə tutub dayandım ki, qatarı yola salım. Həmin vaxt 160 saylı marşrut avtobusu qatarı sol tərəfindən vuraraq yoldan çıxartdı, qatar mən dayanan "plaşatka"ya daxil oldu.
Mən avtobusun yüksək sürətlə gəldiyini gördüm, əlimlə işarə edərək "girmə" deyirdim, həmin vaxt mağaza sahiblərindən biri də avtobusun qabağına gedib yola girməməsini deyirdi. Qatar da keçidə çatmamışdan siqnal verə-verə gəlirdi".
Dəmir Yolları qatarla avtobusun toqquşma anının görüntülərini yaydı – VİDEO
S.Xankişiyeva