Xaricdə təhsil almaq istəyənlər üçün əla fürsət | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə təhsil almaq istəyənlər üçün əla fürsət

15:03 - 06 / 10 / 2018
Xaricdə təhsil almaq istəyənlər üçün əla fürsət

Oktyabrın 13-də saat 13:00-da Sapphire Hotel Baku (Səməd Vurğun 23) konfrans zalında, xaricdə təhsil almaq istəyənlər üçün hər il keçirilən pulsuz seminar keçiriləcək.

Seminarda universiteti və təhsil proqramını düzgün seçmək və buna uyğun şərtlərdən bəhs ediləcək. Tədbirdə illərdir A-Level təhsil və konsultasiya mərkəzinin etibarlı tərəfdaşları olan Almaniya, İngiltərə və Kanada kollec, universitetlərin və internat məktəblərin nümayəndələri çıxış edəcək.

Həmçinin, seminarda Amerika, İngiltərə və Avropanın ən yaxşı yay düşərgələri haqqında öyrənmək imkanı olacaq. A-Level təhsil sektorunda aparıcı şirkətdir. Komandada xaricdə təhsil təşkil etmə, tələbələri akademik proqramlar üzrə hazırlaşma, həmçinin Foundation sahəsində uzun illər təcrübəsi olan mütəxəssislər var.

Bu seminarın digər təhsil tədbirlərindən fərqi, xaricdə təhsil sahəsində mütəxəssislərlə fərdi konsultasiya imkanıdır.

- Hansı təhsil müəssisəsini seçmək?

- İlk cəhddən istədiyiniz universitetə daxil olmaq üçün nə etməli?

- Qeydiyyat üçün hansı sənədlər tələb olunur?

- Tələbə olarkən işə necə düzəlməli?

- Təqaüd və ya qrant necə almalı?

- Təhsildən sonra işə necə davam etməli?

Proqrama daxildir:

- Təqdimatlar

- Fərfi konsultasiya

- Qəhvə arası

- Ən fəal iştirakçılara sertifikatları təqdim olunması.

Seminarda iştirak etmək üçün aşağıdakı linkə daxil olun:

https://goo.gl/forms/5bD1FiRhO06QEvKs2

Daha ətraflı məlumatı əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlayın:

(012) 441 62 51

(070) 235 91 95

Reklam hüququnda

Paylaş:
773

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər