Bakı Nəqliyyat Agentliyindən sürücülərə xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyindən sürücülərə xəbərdarlıq

13:18 - 08 / 10 / 2018
Bakı Nəqliyyat Agentliyindən sürücülərə xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BNA-dan 1news.az-a verilən məlumata görə, xəbərdarlıqda hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

“Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar”– deyə, agentlikdən bildiriblər.

1news.az

Paylaş:
355

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər