İlhamə Quliyevanın oğlu həbs edildi | 1news.az | Xəbərlər
Mədəniyyət

İlhamə Quliyevanın oğlu həbs edildi

09:50 - 08 / 10 / 2018
İlhamə Quliyevanın oğlu həbs edildi

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib.

1news.az-ın Oxu.az-a istinadla verdiyi xəbərə görə, O.Nadirov dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

S.Xankişiyeva

 

Paylaş:
1394

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər