Renkadan etiraf: 100 manata...

Rəqqasə Renka "Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın ətrafında baş verən söz-söhbətdən də danışıb.
1news.az-ın məlumatına görə, musavat.com-a açıqlama verən rəqqasə deyib ki, məşhurların etdikləri maddi yardıma görə qınanması düz deyil:
"Allah ona şəfa versin. Gözəl aktrisadır. Xəstəxanada olanda ona baş çəkmişəm. ətrafında baş verənlərlər maraqlanmamışam. Bəzən "İnstagram”da qarşıma videolar çıxır, baxıram. Ən çox müzakirə olunan məsələ məşhurların verdiyi pulun miqdarının açıqlanması idi. Məncə, sakitcə Tünzalə xanıma verilsəydi, daha yaxşı olardı. Sadəcə olaraq sənətçilərin birliyini göstərmək istədilər. O da, səhv başa düşüldü. Biz nə etsək də, qınanılırıq. 1000 manat da, 10 min manat da versək, qınayacaqlar ki, gərək, artıq verərdi. Mənim gücüm 100 manata çatdı, o qədər verdim”.
Rəqqasə biznesindən də söhbət açıb: "Hər şey yaxşıdır. Mağazanı da işlədirəm. çalışıram dəbə uyğun geyimlər gətizdirim ki, işlərim yaxşı getsin”.
1news.az