Ərəblərin kirayədə qaldığı ev yandı: ölən və yaralananlar var – SİYAHI – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəblərin kirayədə qaldığı ev yandı: ölən və yaralananlar var – SİYAHI – YENİLƏNİB

11:22 - 08 / 10 / 2018
Ərəblərin kirayədə qaldığı ev yandı: ölən və yaralananlar var – SİYAHI – YENİLƏNİB

Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə zamanı evdə olan Küveyt vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirlir.

11:05

Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Bakıda ərəblərin olduğu lift qırılıb – FOTO – VİDEO

Bakıda oteldə ərəb turistin ölüm səbəbi bəlli oldu – YENİLƏNİB

 

Paylaş:
1323

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər