Oğlunu itirən müğənni: Mənim yaram heç köz bağlamır – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Oğlunu itirən müğənni: Mənim yaram heç köz bağlamır – VİDEO

17:16 - 09 / 10 / 2018
Oğlunu itirən müğənni: Mənim yaram heç köz bağlamır – VİDEO

Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva efir təkliflərindən də imtina etdi.

1news.az-ın Milli.Az-a istinadla verdiyi xəbərə görə, Əməkdar artisti yenidən efirə, səhnəyə qaytarmaq üçün aparıcı Nanə Ağamalıyevanın təşəbbüsü ilə Manaf Ağayev, Nüşabə Ələsgərli və aparıcının özü Zöhrə xanımın evinə gediblər. Lakin, aldıqları cavab ürək açan olmayıb.

Zöhrə Abdullayeva "Efirə çıxmaq fikrim yoxdur. Mənim yaram heç köz bağlamır" deyib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.

Əməkdar artistin açıqlamasını tam şəkildə təqdim edirik:

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər