Kamran Əliyev: Cari ildə korrupsiya ilə bağlı 3020 şikayət daxil olub

Bu ilin yanvarından korrupsiya ilə bağlı daxil olmuş 3020 şikayətin 181-i özəl sektorun payına düşür.
1news.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, 55 şikayət mənzil-tikinti kombinatlarının fəaliyyəti ilə bağlıdır. Artıq 33 nəfər barəsində 24 cinayət işi məhkəmələrə göndərilib.
Babək Cahandarov
436