Nigar Camal: Görəsən, səni kim saxlayır, əxlaqsız ...
“Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə yazılan tənqidlərdən gileylənib.
1news.az-ın verdiyi xəbərə görə, müğənni dünya ulduzu Beyonsun videosunu paylaşaraq ona yazılan təriflərlə özünə edilən tənqidləri müqayisə edib:
"Beyonsun konsertindən bir videoya rast gəldim. Maraqlı idi kim nə yazır. Xaricilər: N"ə gözəl paltar, mənim şahzadəm, necə də gözəldir...". 80 faiz müsbət şərhlər yazıb.
Amma bizdə olsa oğlanlar: "Ala nə gündəsən, olar bir sual verim, babat şeysən, salam, xoşum gəlir səndən, qocalmısan, mənim sənə verdiyim sevgini varlı verə bilməz, direktə bax, balsan bal, yeyərəm səni, ürəksən ürək, əxlaqsız, qiyamət günündə cavab verəcəksən, az qalıb sizin də vaxtınız gələcək, səni bizə verənə, niyə cavab vermirsən, bir az sadə ol, eynəyini çıxart".
Qızlar: "Zəhləm gedir səndən, nə gündəsən, qocaldın, yaşın gedir, ay Beyons, bu da üç uşağın anası, boynunu yerə soxum, əxlaqsız, cəhənnəmdə yanacaqsan, görəsən bunu kim saxlayır, kimə lazımsan, dayday axtarır, nə iyrənc qarnın var, xalis plastika, bu da özünü adam sayır, sevirəm bu qızı, amma çənəsi pisdi, çuşka, guya bombadı da, zövqsüz, ayıb olsun, tərbiyəsiz, "qıjıdı", parolun bərpası…
Çox kövrəldim".
S.Xankişiyeva