Bakıda sevgilisindən rədd cavabı alan oğlandan qəribə intiqam | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sevgilisindən rədd cavabı alan oğlandan qəribə intiqam

14:20 - 10 / 10 / 2018
Bakıda sevgilisindən rədd cavabı alan oğlandan qəribə intiqam

Səbail rayonu A.Abbaszadə küçəsi 61-in qarşısında xuliqanlıq cinayəti baş verib.

1news.az-ın ölkə.az -a istinadla verdiyi xəbərə görə, Fidan Muradova adlı şəxs Sebail RPI-nə şikayət edib.

O, bildirib ki, yaxın münasibətdə olduğu Rəşad adlı şəxs ona məxsus “Fiat” markalı avtomobilin şüşələrini sındırıb, qapısını əzib.

Zərərçəkənin sözlərinə görə, Rəşadla əvvəllər sevgili olsalar da, sonralar ondan ayrılıb. Ancaq Rəşad bu ayrılığa dözə bilməyərək daim onu təqib edib.

Faktla əlaqədar polis idarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
1731

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər