Ağcabədidə ova gedən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə ova gedən şəxs cərimələndi

17:42 - 10 / 10 / 2018
Ağcabədidə ova gedən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat  məbləğində  cərimə edilib.

1news.az

Paylaş:
383

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər