Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

14:21 - 11 / 10 / 2018
Bakıda baş həkim avtomobillə piyadanı vurub öldürdü

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
1595

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər