Seysmoloji Xidmət Mərkəzi Bayıl şossesində tədqiqatlara başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Seysmoloji Xidmət Mərkəzi Bayıl şossesində tədqiqatlara başlayıb

16:10 - 12 / 10 / 2018
Seysmoloji Xidmət Mərkəzi Bayıl şossesində tədqiqatlara başlayıb

Bakı şəhərinin Səbail rayonunda, Badamdar- 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə tədqiqatlara başlayıblar.

Bu barədə 1news.az-a  Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

1news.az  

 

 

Paylaş:
422

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər