Dünyanın nüfuzlu pul köçürmə sistemi – “Zolotaya Korona” indi Unibank Mobile-da | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın nüfuzlu pul köçürmə sistemi – “Zolotaya Korona” indi Unibank Mobile-da

17:00 - 12 / 10 / 2018
Dünyanın nüfuzlu pul köçürmə sistemi – “Zolotaya Korona” indi Unibank Mobile-da

Artıq bir neçə saniyə ərzində dünyanın onlarla ölkəsinə pul köçürmək mümkündür.

Bu imkanı Unibank Mobile yaradıb. Mobil əlavənin köməyi ilə artıq telefondan Zolotaya Korona sistemi vasitəsilə pul köçürmək mümkündür.

Günün istənilən vaxtı bir toxunuşla köçürmə edin!

Unibank Mobile-da yeni xidmət hansı imkanları yaradır?

  • Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək;
  • Köçürdüyünüz pulun saniyələr ərzində ünvanına çatması;
  • Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari hesabları seçməklə aparmaq imkanı;
  • Ölkə xaricinə manatla köçürmələrdə komissiya 0% (Zolotaya Koronanın həmin günə olan məzənnəsi ilə konvertasiya olunacaq);
  • Vəsaiti qəbul edən şəxsin telefonunda “Unibank Mobile” əlavəsinin olması vacib deyil;
  • Vəsaiti göndərən şəxsin köçürməni təsdiq etdikdən sonra əldə etdiyi “Köçürmə kodu”nu vəsaiti qəbul edən şəxsə göndərməsi kifayət edir ki, bu kod vasitəsilə “Zolotaya Korona” köçürmə sistemi olan istənilən banka yaxınlaşaraq vəsaiti alsın;
  • Yüksək təhlükəsizlik.

Beynəlxalq və yerli monitorinq şirkətlərinin araşdırmalarına əsasən, Azərbaycanın ən çox yüklənən bank əlavəsi seçilən Unibank Mobile istifadəçilərinin sayı hazırda 200.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərindən öz telefonunda istifadə imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Mobil telefonuna Unibank Mobile yükləyin, bank kartınızı əlavə edərək 100 minlərlə Unibank müştərisi kimi olduğunuz yerdə,  24/7 bank xidmətlərindən istifadə imkanı qazanın!

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf  yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile - bankdan daha yaxın!

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
890

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər