Zamirə Hacıyevanın milyonları Azərbaycana qaytarıla bilər

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyada xərclədiyi pullar Azərbaycana qaytarıla bilər.
1news.az "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Britaniya Milli Kriminal Agentliyindən (NCA) məlumat verilib.
Agentliyinin İqtisadi cinayətlər üzrə bölməsinin direktoru Donald Toon bildirib ki, Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini aşkar edərsə, onun əmlakı və pul vəsaiti müsadirə edilərək ölkəsinə qaytarılacaq.
Qeyd edək ki, Britaniya mətbuatı bir müddətdir ki, 55 yaşlı Zamirə Hacıyevanın Londonda bahalı ticarət mərkəzlərində böyük pullar xərclədiyi barədə materiallar yayır.
1news.az
499