Dənizdə çimmək istəyən kişi faciəvi şəkildə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə çimmək istəyən kişi faciəvi şəkildə öldü

10:49 - 12 / 10 / 2018
Dənizdə çimmək istəyən kişi faciəvi şəkildə öldü

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və “Damba” adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticədə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər üç dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
819

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər