Şəkidə dostlarından bəyə qeyri-adi sürpriz - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə dostlarından bəyə qeyri-adi sürpriz - VİDEO

10:37 - 15 / 10 / 2018
Şəkidə dostlarından bəyə qeyri-adi sürpriz - VİDEO

Traktorları bayraq və şarlarla bəzəyərək toy karvanına qoşuldular...

Qeyri-adi toy karvanı Şəkidə təşkil edilib. Rayonun Öryət kənd sakini Ümid Əsgərovun toyunda dostları ona sürpriz hazırlayıblar. Onlar Ümidin özünün də tarktorçu olduğunu nəzərə alaraq toy günü kənddəki bütün traktorları toplayıblar. Bəyin dostları traktorları bəzəyərək toy karvanına qoşulmaq qərarına gəliblər.

Ümid Əsgərovun qeyr-adi bu toy karvanından xəbəri olmayıb. Yalnız küçədə bəzədilmiş traktorlar gəlini maşını ilə rastlaşdıqda məsələnin nə yerdə olduğunu anlayıb. Traktorlar kənddən 10-15 kilomterlik məsafədə, rayon mərkəzində yerləşən şadlıq sarayına qədər gəlin maşınını müşayiət ediblər. Dostlarının bu qeyri-adi sürprizi bəyin də ürəyincə olub.

Dostlar toydan sonra da gəlin maşınını kəndə qədər müşayiət ediblər.

Baku.WS

Paylaş:
1725

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər