“Səni deyirlər”in ifaçısı Bakıda - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səni deyirlər”in ifaçısı Bakıda - VİDEO

09:22 - 16 / 10 / 2018
“Səni deyirlər”in ifaçısı Bakıda - VİDEO

Son aylarda məşhurlaşan “Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadə Azərbaycandadır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza şəxsi Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Cənubi Azərbaycandan olan müğənni 9-cu beynəlxalq “The First” mükafatlandırma tədbirində iştirak məqsədilə Bakıya gəlib.

Qeyd edək ki, İbrahim Əlizadənin ifa etdiyi "Səni deyirlər" mahnısı sosial şəbəkələrdə hitə çevrilib.

1news.az

Paylaş:
4755

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər