Əziz Qaralov: Sürüşmənin miqyası genişlənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əziz Qaralov: Sürüşmənin miqyası genişlənir

09:56 - 16 / 10 / 2018
Əziz Qaralov: Sürüşmənin miqyası genişlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecəboyu davam edib. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub.

Ekspedisiya rəisi bildirib ki, hasarın əhatə elədiyi tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Həmin ərazidə yaxın saatlar ərzində sürüşmə prosesinin baş verəcəyi gözlənilir. Hasarətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

1news.az

Paylaş:
596

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər