Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edildi – FOTO

12:08 - 16 / 10 / 2018
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edildi – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Xalq artisti, «Şərəf» və "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Aydın Mirzəzadə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Rasim Balayev və digər akytor qonaqlar, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə BANM kollektivi adından ürəkdən təbrik edib. Rektor qeyd edib ki, “Nəsimi” filmi aktyor Rasim Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Ən yaxşı kişi rolu” mükafatını qazandırıb, filmin özü isə “Ən yaxşı taixi film” mükafatına layiq görülüb.

Xalq artisti Rasim Balayev öz çıxışında ona və onun yaradıcılığına olan maraq və rəğbətə görə rektor Elmar Qasımova təşəkkür edib. Ali Məktəbə sayca ikinci səfəri olduğunu bildirən aktyor BANM-ın və onun kollektivinin onun ürəyində xüsusi yeri olduğunu bildirib. Aktyor eyni zamanda tədbir iştirakçılarına rol aldığı filmlər və çəkiliş zamanı yaşanan maraqlı anlardan danışıb.

Daha sonra rektor Elmar Qasımov tərəfindən xalq artisti Rasim Balayevə onun 70 illiyi münasibətilə xatirə plaketi təqdim edilib. Aktyorla görüşdə  həmçinin sənətkarın oynadığı filmlərdən olan qısa fraqmentlər göstərilib.

Tədbirdə həmçinin Milli Məclisin deputatı, eyni zamanda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə,  Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov və Azərbaycan Respublikasının əməkdar artisti Xalidə Quliyeva çıxış edərək  Rasim Balayev və onun yaradıcılıq fəaliyyətindən danışıblar.

Görkəmli aktyor Rasim Balayevlə görüşə böyük həvəs göstərən BANM tələbələri ona maraqlı suallar verib, aktyorun səmimi cavablarını dinləyiblər.

Tədbirin sonunda Ali Məktəbin Konqres zalının səhnəsində baş rolu Rasim Balayevin aldığı və rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” tarixi filmi nümayiş etdirilib.

S.Xankişiyeva

 

Paylaş:
471

Son xəbərlər

Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25ADNA terrorundan 15 il ötür - FOTOBu gün, 09:16Laçına daha 21 ailə yola düşüb - FOTOBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:02
Bütün xəbərlər