Sürüşmə zonasında uçqunlar baş verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürüşmə zonasında uçqunlar baş verir

09:34 - 17 / 10 / 2018
Sürüşmə zonasında uçqunlar baş verir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, gecə saatlarından etibarən yağış yağmağa başlayıb. Hazırda ərazidə duman müşahidə edilir. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə görə, yol istiqamətinə tökülmüş torpaq qatında artım qeydə alınıb.

Ekspedisiya rəisi bildirib ki, yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir. Sürüşmə prosesində gərginlik davam edir.

1news.az

Paylaş:
422

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər