Bakıda 22, rayonlarda 25 dərəcəyə qədər isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 22, rayonlarda 25 dərəcəyə qədər isti olacaq

12:44 - 18 / 10 / 2018
Bakıda 22, rayonlarda 25 dərəcəyə qədər isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22,  Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə

sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 19-da Abşeron yarımadasında mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər