Aparıcı Vüsalə: Qızımla şəklimi paylaşıram, zəhərli, tikanlı sözlər yazırlar | 1news.az | Xəbərlər
Mədəniyyət

Aparıcı Vüsalə: Qızımla şəklimi paylaşıram, zəhərli, tikanlı sözlər yazırlar

15:39 - 23 / 10 / 2018
Aparıcı Vüsalə: Qızımla şəklimi paylaşıram, zəhərli, tikanlı sözlər yazırlar

Milçək bir şey deyil, amma ürək bulandırır.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri aparıcı Vüsalə Əlizadə primetime.az-a açıqlamasında bildirib.

O deyib ki, qızı Diləklə bağlı paylaşım edəndə xoşagəlməz sözlər yazanlar da az olmur:

"Kimsə qurdunu tökmək istəyir. Eləsi də var ki, elə bil məndə acığı qalıb. Əslində isə heç kimə, heç bir şey etməmişəm. Bir də görürsən ki, hər hansı bir xanım zəhərli, tikanlı söz yazır. Öz-özümə deyirəm ki, axı mən sənə nə etmişəm.

– Bəs belə hadisələrlə üzləşəndə reaksiyan nə olur?

– Əvvəl çox əsəbləşirdim. Reaksiyamı çox şərt bir şəkildə bildirirdim. Hər şey insan həyatının mərhələsi ilə bağlıdır. Belə ki, həmin an o gərginliyi, stresi yaşayırsan. Səni incidirlər , sən isə acığını hər bir kəsdə görürsən. Hər şeyi ürəyinə salırsan. Son iki ildə o qədər sakitləşmişəm. İndi hər bir şeyə adi baxıram. Vaxt-zaman ən gözəl dərmandır. Bəzi yaşlı şou-biznes əhli var ki, cavanlar ilə söz güləşdirirlər ki, ancaq bundan yazsınlar. Bizim gənclər də boş-boş adama cavab verirlər. Mən mənim çəkimdə, səviyyəmdə olmasa, ona sözümü dava demərəm. Bu günə kimi isə elə bir qalmaqalım da olmayıb.

Məşhurlar övladlarını məktəbə yola saldı  – FOTO

S.Xankişiyeva

 

 

Paylaş:
2957

Son xəbərlər

Bütün xəbərlər