Dənizdə icazəsiz balıq ovlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

17:40 - 23 / 10 / 2018
Dənizdə icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhər akvatoriyasında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Lənkəran rayon sakinləri Rüfət Kərimov və Niyaz Əskərov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

1news.az

Paylaş:
448

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər