Anakondadan “qaçan” sürücünü polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Anakondadan “qaçan” sürücünü polis saxladı

12:27 - 24 / 10 / 2018
Anakondadan “qaçan” sürücünü polis saxladı

Bakı Dövlət Yol Polisi İdarəsi keçirilən reyd zamanı avtomobil idarə edən narkomanı saxlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik Vaqif Əsədov bildirib ki, saxlanılan sürücü özünü adekvat aparmayıb, qışrırıb və onu nəhəng anakondanın onu izlədiyini qeyd edib:

“Tibbi məntəqəyə çatdırılan sürücü tullanıb, binanın qarşısında asfalt üzərində çırpınırdı. Güclə onu sakitləşdirmək mümkün olub. Həkimlər onun hansı narkotik maddədən istifadə etdiyini aydınlaşdırırlar. Onu məhkəmə və sürücülük hüququnun əlindən alınması gözlənilir”.

S.Xankişiyeva

Paylaş:
2454

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər