“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qalmaqallı fotonu çəkən məmur oğlu imiş – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qalmaqallı fotonu çəkən məmur oğlu imiş – FOTO

13:05 - 25 / 10 / 2018
“Bakı Gəmiqayırma Zavodu” ilə bağlı qalmaqallı fotonu çəkən məmur oğlu imiş – FOTO

Son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə "Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb.

Zavodun yaydığı məlumatda deyilir ki, əməkdaşlar tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərfləri təmir məqsədilə çıxarılan zaman çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. Açıqlamada qeyd olunur ki, 22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib.

Əməkdaşlar tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ- də hal hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar.

BGZ- nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib.

Açıqlamada adı çəkilən şəxslərdən biri barədə maraqlı məlumat əldə etmişik.

Musavat.com-un məlumatına görə, Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur. Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirir. O, beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Bakı əmiqayırma zavodu: Qalmaqallı şəkil rezonansa səbəb oldu – FOTO

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
2683

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər