2025-ci ildə insanların 50 faizi iş yerlərini itirə bilər

Azərbaycan hökuməti bütün sahələrdə inkişafı təşviq edir.
1news.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə 6-cı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi” plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir. Son beş ildə orbitə üç peyk çıxarıb. Bu inkişafda olan ölkə üçün çox yaxşı bir nəticədir.
Ölkə əhalisinin 80 faizinin internetdən istifadə etdiyini diqqətə çatdıran nazir müavini yüksək texnologiyalar parkından da söz açıb.
Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun prezidenti Aleksandr Dunkin bildirib ki, bəzi çağırışlar çağdaş dünyanın düzənini dəyişir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi Yevgeniy Sesitski deyib ki, qarşılarlnda dayanan əsas vəzifələrdən biri əqli mülkiyyətə hörmətin təşviq edilməsi və əqli mülkiyyətə aid hüquqların qorunmasıdır. O deyib ki, ABŞ və Çin elmi ixtiralara daha çox vəsait sərf edir.
Hazırda rəqəmsal texnologiyalarda yeni istiqamətlər yaradılır. Süni zəka son vaxtlar çox populyar sahəyə çevrilir. Amma alimlər xəbərdar edirlər ki, süni zəkanın inkişafı ilə bağlı bir sıra problemlər ola bilər. Bu inkişaf 2025-ci ildə insanların 50 faizinin iş yerlərini itirməsinə səbəb ola bilər. Ona görə də yeni istiqamətlərə yaradıcı yanaşmaq lazımdır.
P.Sultanova