Arıqlayıb tanınmaz hala düşən azərbaycanlı müğənni: "Klinikada ürəyim partlayırdı..." - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Arıqlayıb tanınmaz hala düşən azərbaycanlı müğənni: "Klinikada ürəyim partlayırdı..." - FOTO

16:47 - 25 / 10 / 2018
Arıqlayıb tanınmaz hala düşən azərbaycanlı müğənni: "Klinikada ürəyim partlayırdı..." - FOTO

Öd kisəsindən əməliyyat olunan və keçirdiyi əməliyyatdan sonra olduqca arıqlayan müğənni Nazim Pişyari "Nanəli" verilişinin qonağı olub.

1news.az
-ın Big.az-a istinadən verdiyi xəbərə görə, azərbaycanlı həkimin əməliyyatını uğursuz hesab edən ifaçı sağlamlığını türkiyəli həkimlərə etibar edib. Türkiyədə müalicə aldığı vaxlardan danışan N.Pişyari xəstə olduğu anlarda musiqi üçün çox darıxdığını dilə gətirib:

"Türkiyədə klinikada müalicə aldığım vaxtlar musiqi üçün çox darıxırdım. Ürəyim partlayırdı, oxumaq istəyirdim, içimdə oxuyurdum, amma bu, mənə bəs etmirdi. Buna görə də həyat yoldaşımla qərara gəldik ki, hər gün bir sənətkara qulaq asaq. Elə də etdik. Hər gün YouTube-da bir sənətkarın, Flora Kərimovanın, Şövkət Ələkbərovanın, Akif İslamzadənin və s. mahnılarını dinləyəndən sonra müzakirələrimizi edirdik. Bu, mənim əhvalıma çox yaxşı təsir edirdi".

Qeyd edək ki, Nazim Pişyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Müğənni həkim E.Əzimovun ciddi cəzalandırılmasını tələb edib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət etsə də, həkim bəraət alıb.

1news.az

Paylaş:
1757

Son xəbərlər

Bütün xəbərlər