Bakıda qadın özünü 5-ci mərtəbədən aşağı atdı, təcili yardım isə... | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın özünü 5-ci mərtəbədən aşağı atdı, təcili yardım isə...

11:26 - 25 / 10 / 2018
Bakıda qadın özünü 5-ci mərtəbədən aşağı atdı, təcili yardım isə...

Bakıda daha bir intihar hadisəsi olub. Belə ki, paytaxtımızdakı binalardan birinin 5-ci mərtəbəsində yaşayan qadın özünü eyvandan aşağı ataraq intihar etmək istəyib.

1news.az xəbər verir ki, bunu Rəfiqə Əziz adlı şəxs şəxsi Facebook səhifəsindı yazıb. Onun sözlərinə görə, hadisə bu gün, səhər saatlarında Nəsimi rayonunun 3-cü mikrorayon adlanan ərazisində baş verib.

“Sübh tezdən səsə oyanırsan və görürsən ki, sizin blokun 5-ci mərtəbəsində yaşayan qadın özünü balkondan atıb. Küçəyə çıxıb onun yerdə uzanıb əziyyət çəkməsinə şahid olursan. Təcili yardım isə hələ telefonda sual-cavabla məşğuldur. Geciksə də gəlir. Buna şükür deməyə hazırlaşırsanki daha bir şok. Hündürlükdən yerə çırpılmış və sınıq təhlükəsi olan adamı maşına elə qoyurlar elə bil kartof torbasıdır. 

Şokdan hələ indi ayılıram. Elə bil o qadının bütün ağrılarını mən hiss etməyə başlayıram yavaş-yavaş. Özümə ofisdə yer tapa bilmirəm. Bilmirəm 2 övladı olan ananı bu addıma nə vadar edə bilər onu düşünüm, təcili tibbi yardımda niyə qoyun sürüsü işləyir onu fikirləşim, ya ağrılarımı dindirim. Qəribə hisdir. İzah etmək çətindir. Gözünlə görəndə bir başqa təsir edirmiş adama”.

Qeyd edək ki, adı açıqlanmayan qadının vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsi isə məlum deyil.

1news.az

Paylaş:
1351

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər