Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək

13:00 - 26 / 10 / 2018
Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək

Noyabrın 20-də Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) və “Caspian European Club” birgə biznes forum təşkil edəcək. Biznes foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edəcək.

Bu barədə 1news.az-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Görüş iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin xahişi və “Caspian European Club”un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş təklif və məsələlərin müzakirəsi zamanı irəli sürülmüş təşəbbüs nəticəsində təşkil olunur.

Biznes forumda “Caspian European Club”un şirkət rəhbərlərinin miqrasiya siyasəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində, həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

 “Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti və şəxsən Vüsal Hüseynov biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.

Biznes-forumda http://caspianenergy.org/index.php/az/registration/item/350-business-forum-20-11-2018 linki üzrə “Caspian European Club”un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

S.Xankişiyeva

 

Paylaş:
414

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər