Sosial işçilər üçün təlimlərə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial işçilər üçün təlimlərə başlanılıb

16:41 - 26 / 10 / 2018
Sosial işçilər üçün təlimlərə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində sosial işçilərin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün “Sosial işin əsasları” mövzusunda növbəti təlimlərə başlanılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, ilk təlim məşğələsinə Bakı, Sumqayıt şəhərləri, Abşeron və Zəngilan rayonları üzrə 18 sosial işçi cəlb olunub.

İştirakçılara sosial xidmətlər, sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslərin, ailə mühitindən məhrum olmuş uşaqların, tənha ahılların, aztəminatlı ailələrin və b.) cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə qabaqcıl beynəlxalq təcrübə öyrədilir. Onlara həmçinin mütərəqqi dünya təcrübəsindən irəli gələn və ölkəmizdə də tətbiqi nəzərdə tutulan, çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyəti özündə ifadə edən “Sosial iş” modeli barədə ətraflı məlumatlar verilir.

Təlim məşğələləri üç gün davam edəcək.

1news.az

Paylaş:
372

Son xəbərlər

Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14
Bütün xəbərlər