Cənubi Qafqazda ilk olaraq Azərbaycanda yəhudi muzeyi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda yəhudi muzeyi açılacaq

11:44 - 26 / 10 / 2018
Cənubi Qafqazda ilk olaraq Azərbaycanda yəhudi muzeyi açılacaq

Azərbaycan tarixən tolerant ənənələri ilə tanınıb. Bu gün torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, birgəyaşayış prinsipi hər zaman Azərbaycanın siyasətində öndə olub.

1news.az xəbər verir ki, bunu İsraildən olan ekspert Arye Qut 6-cı Bakı Beynəxalq Humanitar Forumu çərçivəsində keçirilən “Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O vurğulayıb ki, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir:

“İstənilən şəxs görə bilir ki, Azərbaycan regionda təcavüzkar ölkə istisna olmaqla, digər dövlətlərin hamısı ilə yaxşı əlaqələr qurub. Bu gün Azərbaycan svilzasiyaların birləşmə nöqtəsidir. Vətəndaşı olduğum İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanın əsas tərəfdaşıdır.

Burada yəhudi icmasının ənənələrinə çox yaxşı yanaşılır, indiyə kimi heç bir insident olmaylb. Azərbaycanda iki sinaqoq tikilib, Cənubi Qafqazda ilk olaraq Qırmızı qəsəbədə ilk yəhudi muzeyi açılacaq”.

A.Qut deyib ki, özümnü Azərbaycanın dostu yox, oğlu hesab edir: “İsraildə Azərbaycandan çıxan 70 min yəhudi yaşayır, onların 40 mini Azərbaycan məktəblərini bitirib. İsraildə Azərbaycan Evi fəaliyyət göstərir. Yaxın gələcəkdə bir sıra digər layihələrin də həyata keçirilməsi gözlənilir”.

P.Sultanova

Paylaş:
726

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər