Mətbuat Şurası jurnalist adı ilə vətəndaşların şantaj edilməsini pisləyən bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası jurnalist adı ilə vətəndaşların şantaj edilməsini pisləyən bəyanat yayıb

22:35 - 27 / 10 / 2018
Mətbuat Şurası jurnalist adı ilə vətəndaşların şantaj edilməsini pisləyən bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və almasını, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasını pisləyən bəyanat yayıb. 1news.az bəyanatı təqdim edir.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelərindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də məhz bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib.

Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub.

Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər.

Mətbuat Şurasının istədiyi “Realliq.info” və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı “damokl qılıncı” obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır.

Mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını, onların ictimai maraq və mənafeləri heçə saymasını arqumentli şəkildə göstərməli, ifşa etməlidir. Müstəqillik illərində bununla bağlı kifayət qədər nümunələr var. Bu nümunələrin nəticəsidir ki, mediamız ictimai qınaq institutu olaraq qəbul edilir, onun funksiya və vəzifələrinə dəyər verilir. Ancaq İkram Rafiq oğlu Rəhimov kimi “reallıq axtarıcıları” nə istedad, nə şəxsi keyfiyyətlər baxımından bu nümunələrdə nəinki yer alıblar, heç həmin nümunələrin kənarına yaxın düşəcək səviyyəyə belə qalxmayıblar.

Bu gün Mətbuat Şurası ikramları, informasiya reallığını gözlərində gilyotin kimi görən rafiqoğluları və onun düşüncə kasadlığını bölüşənləri öz ofisinə dəvət edib, onlarla söhbətlər aparırsa, nəyi və nələrisə izah etməyə çalışırsa, tutduqları yolun yanlışlığını anladırsa, bu, Şuranın öz prinsiplərinə verdiyi dəyərdir. Qurumun yanaşmasından nəticə çıxaranlar və çıxarmayanlar var.

Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin yaratdıqları, tərkibini seçdikləri medianın özünütənzimləmə orqanıdır. Qurumun İdarə Heyətinin hər bir üzvünə aşağılayıcı münasibət, böhtan və təhqir onları bu mövqeyə layiq görmüş media ictimaiyyətinə ünvanlanmış davranışdır.

İkram Rafiq oğlu Rəhimov “Realliq.info” və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura “Realliq.info”nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün “qara siyahı”sına daxil etmişdi. Lakin İ.Rafiqoğlu heç bir halda bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdi. Bu gün İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya “Realliq.info”nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır.

1news.az

Paylaş:
662

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər