Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO

16:02 - 29 / 10 / 2018
Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO

Yəqin ki, bəziləriniz səhər telefonunuzu açanda sizə yad olan, xarici ölkələrə aid nömrələrdən zəng gəldiyinin şahidi olumusunuz. Diqqətinizi cəlb edən nömrələrə təkrar zəng edərək maraqlandıqda isə artıq tələyə düşmüş olursunuz. Belə ki, ya balansızından pul silinir ya da operator nömrənin təyin olunmadığını bildirir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Mobil telefona xarici ölkə nömrələri ilə zənglərin daxil olması adətən aktiv internet istifadəçilərində müşahidə olunur. Çünki belə şəxslər müxtəlif saytlarda qeydiyyatdan keçir. Bəzi şirkətlər saytlarda qeydiyyatdan keçənlərə öz məhsullarını satmaq məqsədi ilə zənglər edir.

“Saytdan qeydiyyatdan keçdim. 1 həftə içində müxtəlif ölkə nömrəsi ilə mənə çoxlu zəng gəldi. Adama da maraqlı gəlir ki, xaricdən zəng gəlir. Sonra görürsən ki, eyni adamdı sadəcə sayta maraq çəkir”.

Bundan başqa müxtəlif ölkələrdə işbazlıqla məşğul olan şəbəkələr də mövcuddur. Onlar xüsusi qruplar halında fəaliyyət göstərərək müxtəlif ölkələrin vətəndaşlarına qısa zənglər edir, sonra onlar öz fırıldaqçı planlarını həyata keçirmiş olurlar.

Məsələ ilə bağlı mobil operatorlardan biri ilə əlaqə saxladıq. Qarşı tərəf belə zənglərin gəlməsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Narahatedici zənglər gələrkən vətəndaş nömrəni qeyd etməli və mobil operatorlara zəng edilərək prosesin araşdırılmasını tələb etməlidir.

Mobil operatorlar tərəfindən xarici ölkələrdən gələn zənglərin qadağan edilməsi mümkün deyil. Bu səbəbdən istifadəçi diqqətli olmalı və belə zənglərə əhəmiyyət verməməlidir.

Big.az

Paylaş:
5031

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər