III rübdə Bank Respublikanın xalis mənfəəti iki dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

III rübdə Bank Respublikanın xalis mənfəəti iki dəfə artıb

12:00 - 29 / 10 / 2018
III rübdə Bank Respublikanın xalis mənfəəti iki dəfə artıb

Bank Respublika 2018-ci ilin üçüncü rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara əsasən, üçüncü rübdə Bank pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla müsbət əməliyyat və maliyyə nəticələri göstərib.

1 oktyabr 2018-ci il tarixinə bankın aktivləri 976 milyon manatdan çox olub ki, bu da ikinci rübün göstəricisindən 14% çoxdur. Üçüncü rübün nəticələrinə görə bankın xalis mənfəəti iki dəfə artaraq 1 milyon manatı keçib. Həmçinin, əmanət portfelinin artımını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, ötən ilin üçüncü rübünə nisbətən bankın əmanət portfelində 55% artm qeydə alınıb.

"Əsas maliyyə göstəricilərinin müsbət dinamikası yeni texnologiyalardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına dəstək verməyi nəzərdə tutan bankın inkişaf strategiyasını mərhələli şəkildə həyata keçirməklə əldə edilib. Bank Respublikanı əsas maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayının artması bizim üçün sevindirici haldır. Bu ilk növbədə ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bizim əsas prioritetlərimiz sırasında - yeni məhsulların təqdim edilməsi, mobil bankçılıq və müştərilərə distant xidmət kanallarının gələcək inkişafı yer tutur "- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov bildirib.

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebooksəhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
458

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər