Azərbaycanda dəhşətli hadisə: Qadın anası ilə birləşib oğlunu öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dəhşətli hadisə: Qadın anası ilə birləşib oğlunu öldürdü

11:50 - 29 / 10 / 2018
Azərbaycanda dəhşətli hadisə: Qadın anası ilə birləşib oğlunu öldürdü

Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.

Ehtimal edilir ki, körpə məhz nikahdan kənar doğulduğu üçün öldürülüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb.

1news.az

Paylaş:
833

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər